Avropa liqasında REKORDÇU
21.04.2023 - 15:07

“Roma”nın qapıçısı Rui Patrisio Avropa Liqasının tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı turnirdə ən çox oyun keçirən futbolçu adına şərik çıxıb.
“Feyenoord”la 1/4 finalın cavab qarşılaşması onun yarışdakı 66-cı matçı olub. Patrisio bununla da Aleksandar Draqoviçin rekordunu təkrarlayıb.
Qeyd edək ki, “Roma” bu qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.
0
0