“Borussiya”nın gözü “Liverpul”un yetirməsində
14.11.2022 - 00:33

“Liverpul”un futbolçusu Tayler Morton karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sı yarımmüdafiəçi növbəti mövsümdən heyətində görmək istəyir.
20 yaşlı istedadı izləyən Bundesliqa klubu transferi 2023-cü ilin yayında gerçəkləşdirməyi planlaşdırır. “Liverpul”un yetirməsi hazırda “Blekbern”də icarədədir. O, cari mövsümün 21 matçında 2 assistə imza atıb.
Qeyd edək ki, Mortonun transfer qiyməti 5 milyon avro ilə dəyərləndirilir.
0
0