“Ayaks”ın sabiq baş məşqçisi istefa verdi
08.11.2023 - 22:19

“Ayaks”ın sabiq baş məşqçisi Alfred Şroyder “Əl-Əyn” klubunu tərk edib.
Apasport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri klubu mütəxəssislə yollarını ayırmağa qərar verib.
“Əl-Əyn” çempionatın turnir cədvəlində 3-cü pilləsində qərarlaşıb. Lakin bu nəticə rəhbərliyi qane etmədiyindən mütəxəssis istefaya göndərilib.
Qeyd edək ki, “Tvente”, “Hoffenhaym” kimi klubların baş məşqçisi olmuş niderlandlı mütəxəssis “Barselona”da köməkçi kimi çalışıb.
- Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib dönür - YENİLƏNİB
- "Qalatasaray"ın sabiq baş məşqçisi "Beşiktaş" yolunda
- 3 boksçumuz beynəlxalq turnirin yarımfinalında
- Türkiyə millisinin daha bir üzvü Avstriya ilə matçda uğur qazanıb
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
0
0