"Ayntraxt"da Kaladziç şoku
20.02.2024 - 00:25

"Ayntraxt"ın futbolçusu ağır zədə alıb.
Apasport.az xəbər verir ki, komandanın hücumçusu Saşa Kaladziçin sağ dizinin çarpaz və yan bağı qopub.
Məlum hadisə Bundeliqanın XXII turunun “Frayburq”la (3:3) səfər qarşılaşmasında qeydə alınıb. 26 yaşlı forvard matçın 11-ci dəqiqəsində meydandan çıxmalı olub.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu qeyri-müəyyən müddətə sıradan çıxıb.
Qeyd edək ki, bu mövsüm 19 matçda meydana çıxan Avstriya millisinin üzvü aktivinə 4 qol və 3 məhsuldar ötürmə yazdırıb.
0
0