Azarın “azarı” nədir?
05.06.2022 - 00:38

Belçika millisinin futbolçusu Eden Azarın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Roberto Martines Millətlər Liqasının Niderlandla matçında (1:4) zədələnən oyunçunun vəziyyətini şərh edib.
O bildirib ki, hücumçunun ciddi problemi yoxdur: “O, ümumiyyətlə ağrı hiss etmirdi. Hər şey yaxşıdır. Bütün əlamətlər müsbətdir”.
Qeyd edək ki, Eden start heyətində meydana çıxdığı matçın ikinci hissəsinin əvvəlində əvəzlənib.
0
0