Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
26.04.2024 - 17:59

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Macarıstan çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, onun komandası “Bekeşçaba” 3-cü yer uğrunda görüşdə “MAV Elöre” klubuna qalib gəlib - 3:2.
Qeyd edək ki, Marqarita Stepanenko bu mövsüm, həmçinin Macarıstan kubokunda gümüş medal əldə edib
0
0