"Barselona" axtardığı qapıçını Fransada tapdı
16.01.2025 - 17:55

"Barselona" yeni qolkiper transfer etməyi planlaşdırır.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi Mark-Andre ter Ştengenə əvəzedici axtarır.
İspaniya nəhəngi “Nitsa”nın futbolçusu Marçin Bulkunu heyətinə qata bilər.
Tərəflər arasında danışıqlara start verilib.
25 yaşlı qapıçının “Nitsa” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Marçin PSJ, “Kartaxena”, “Şatoru” komandalarının qapısını qoruyub.
0
0