“Barselona”da bir milyardlıq müqavilə
11.04.2023 - 00:00

“Barselona” futbolçusu Aleks Balde ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, yeni anlaşma 2027-ci ilədək nəzərdə tutulacaq.
Tərəflər bütün detallarda razılıq əldə edib. 20 yaşlı müdafiəçinin sərbəstqalma məbləği 1 milyard avro olacaq. Klub rəhbərliyi Baldeni inandırıb ki, start heyət üzvü kimi qalacaq və müqavilənin qeydiyyatdan keçməsində problem yaranmayacaq.
Qeyd edək ki, müdafiəçi La Liqanın cari mövsümündə 23 matçda 5 assistə imza atıb.
0
0