“Bavariya” Uokerlə razılıq əldə etdi
14.07.2023 - 15:55

“Mançester Siti”nin futbolçusu Kayl Uoker “Bavariya”ya keçməyə razılıq verib.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu 33 yaşlı müdafiəçi ilə müqavilənin bütün detallarını razılaşdırıb.
Uokerin keçidi baş tutsa, o, 2+1 illik anlaşmaya imza atacaq. Münhen təmsilçisi sağ cinah müdafiəçisinin transferi üçün İngiltərə klubu ilə danışıqları müsbət yekunlaşdırmalıdır.
Qeyd edək ki, Kayl 2017-ci ildə “Tottenhem”dən “Mançester Siti”yə 45 milyon funt sterlinqə keçib.
0
0