"Bavariya" yeni transferini təqdim edib
11.07.2024 - 15:35

Bundesliqa komandası “Bavariya” Joao Palinya transferini yekunlaşdırıb.
Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçu yeni komandası ilə müqavilə imzalayıb.
Müqavilənin müddəti 4 ildir. Palinya “Bavariya”ya “Fulhem”dən qoşulub. Portuqal futbolçu milli komandanın da üzvüdür.
Qeyd edək ki, Joao ötən sezon İngiltərə klubunun heyətində 39 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürməyə nail olub.
0
0