“Bavariya”dan Musiala qərarı
08.10.2024 - 00:28

"Bavariya" Camal Musialanı heyətində saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, tərəflər yeni müqavilənin detallarını müzakirə edirlər.
Yarımmüdafiəşi ildə bonuslarla birlikdə 25 milyon avro qazana bilər. Yeni razılaşma 2029-cu və ya 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Məlumatda 21 yaşlı yarımmüdafiəçinin müqaviləni imzalamağa hazır olduğu bildirilib. Onun maaşı təxminən 8-9 milyon avro artacaq.
Qeyd edək ki, Musialanın hazırki müqaviləsi 2026-cı ilə kimi nəzərdə tutulub.
0
0