"Bavariya"dan Noyer qərarı
19.12.2024 - 23:51

"Bavariya" Manuel Noyerlə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayacaq.
38 yaşlı qapıçı ilə daha 3 illik sözləşmə nəzərdə tutulub. Münhenlilər ən azı 2026-cı ilə qədər onunla vidalaşmağı düşünmür.
Qeyd edək ki, Noyer 2011-ci ildən "Bavariya"nın şərəfini qoruyur.
0
0