Poqba meydana qayıtdı
01.03.2023 - 10:21

Pol Poqba bu mövsüm “Yuventus”da ilk oyununa çıxıb.
Apasport.az saytı xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasının XXIV turunun “Torino” ilə matçında iştirak edib.
Fransız futbolçu görüşün 69-cu dəqiqəsində meydana çıxıb. Beləliklə, Poqba 2022-ci ilin yayında “Mançester Yunayted”dən “Yuventus”a keçdikdən sonra Turin klubunda ilk oyununu keçirib.
Qeyd edək ki, Poqba zədə səbəbindən matçlarda iştirak edə bilmirdi.
0
0