“Bavariya”dan “Qalatasaray”a
16.09.2023 - 10:32

“Qalatasaray” daha bir futbolçunun transferini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu “Bavariya”dan Eyüp Aydını rənglərinə bağlayıb.
19 yaşlı yarımmüdafiəçi ilə müqavilə 3 illik nəzərdə tutulub. Almanlar bu transfer qarşılığında 250 min avro alacaqlar.
Qeyd edək ki, Eyüp Aydın 2021-ci ilin iyulundan "Bavariya"nın ikinci komandasında çıxış edirdi.
0
0