“Bavariya”nın qapıçısı qeyri-müəyyənlikdə
18.10.2022 - 17:52
“Bavariya”nın qapıçısı Manuel Noyerin “Hoffenhaym”la oyunda iştirakı sual altındadır.
Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun baş məşqçisi Yulian Naqelsmann açıqlayıb.
O bildirib ki, çiynindən zədələnən qolkiperin Bundesliqanın XI turunda oynamaq ehtimalı çox aşağıdır. Durumu qeyri-müəyyən olan Noyer bu üzdən X turun “Frayburq”la qarşılaşmasını da (0:5) buraxıb.
Qeyd edək ki, “Hoffenhaym” – “Bavariya” matçı oktyabrın 22-də keçiriləcək.
- “Mançester Siti”nin sahibi “Palermo”nu aldı
- Zubir: “Onların ardıcıl çempionluğu heç kim üçün təəccüblü olmayacaq”
- “Bavariya” - “Union” oyununun tarixi açıqlandı
- Avropanın ən yaxşı müdafiə olunan komandaları bəlli olub - "Qalatasaray"...
- Anar Dünyamalıyev: "2-ci liqaya çıxmaq istəyiriksə, xarakter göstərməliyik"
0
0