"Bayern"də Tuxel erası başladı
24.03.2023 - 21:20

"Bayern" baş məşqçi dəyişikliyini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, Yulian Naqelsmann istefaya göndərilib və onu bu vəzifədə Tomas Tuxel əvəzləyib. Mütəxəssilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Bayern" Bundesliqada çempionluq mübarizəsini, Almaniya kuboku və Çempionlar Liqasında işirakını davam etdirir.
Xatırladaq ki, Tomas Tuxelin son klubu "Çelsi" olub.
0
0