"Beşiktaş"da ayrılıq
20.01.2024 - 16:45

"Beşiktaş" 23 yaşlı yarımmüdafiəçi Kerem Atakan Kesgini yarım mövsümlük "Sivasspor"a icarəyə verib.
Apasport.az xəbər verir ki, klub yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb.
"Peşəkar futbolçularımızdan Kerem Atakan Kesgin 2023-24 mövsümünün sonuna qədər müvəqqəti olaraq "Sivasspor"a transfer olunub", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, gənc futbolçu Sivasa yollanıb və region təmsilçisi ilə müqavilə bağlayıb.
0
0