Blatter və Platininin şərti həbsi tələb olundu
15.06.2022 - 16:47

İsveçrə prokurorları FIFA-nın keçmiş prezidenti Yozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platininin fırıldaqçılıq işi ilə bağlı 18 aylıq şərti həbs cəzasına məruz qalmasını istəyib.
Apasport.az saytının məlumatına görə, Bellinzona şəhər məhkəməsi iyulun 8-də onlarla bağlı hökm çıxaracaq.
Bundan əvvəl FIFA və UEFA-nın keçmiş rəhbərlərinin 5 il müddətinə həbs edilə biləcəyi vurğulanırdı. Onların hər ikisi dələduzluqda ittiham olunur.
0
0