Bundesliqa klubunda yeni baş məşqçi
08.09.2022 - 13:02

“Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Bundesliqa təmsilçisini Marko Roze çalışdıracaq. Dortmund “Borussiya”sının sabiq baş məşqçisi ilə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub. O, bu gün komandanı ilk məşqə çıxaracaq.
Qeyd edək ki, “Leypsiq” Çempionlar Liqasında “Şaxtyor”a 1:4 hesabı ilə uduzduqdan sonra Domeniko Tedeskonu istefaya göndərib.
0
0