Bundesliqada 13 milyonluq müdafiəçi
12.08.2023 - 17:56

Danimarka millisinin futbolçusu Yoakim Mehle klubunu dəyişib.
Apasport.az saytının məlumatına görə, “Atalanta”nın müdafiəçisi karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
26 yaşlı futbolçu “Volfsburq”a transfer olunub. Mehle 4 illik müqavilə imzalayıb. Transfer 13 milyon avroya gerçəkləşib.
Qeyd edək ki, müdafiəçi ötən mövsümün 36 oyununda 3 qol və 3 asssistə imza atıb.
0
0