Çağlar Söyüncü İstanbula gedir
26.01.2024 - 10:29

Çağlar Söyüncünün transferi ilə bağlı razılıq əldə olunub.
Apasport.az yerli mətbuata istinadla xəbər verir ki, "Fənərbaxça" 27 yaşlı müdafiəçini icarəyə götürmək üçün "Atletiko Madrid"lə anlaşıb. Müqavilədə alqı-satqı variantı yoxdur.
Məlumata görə, Çağlar tezliklə İstanbula gələcək və rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, bu mövsümün əvvəlində "Atletiko Madrid"ə transfer olunan Çağlar Söyüncü 9 matçda meydana çıxıb, fərqlənə bilməyib.
0
0