"Çelsi"dən daha bir transfer
29.01.2023 - 13:47

"Çelsi" "Lion"un sağ cinah müdafiəçisi Malo Qüstonu transfer edib.
Apasport.az xəbər verir ki, 19 yaşlı fransalı ilə müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Futbolçu bu mövsümü "Lion"da icarə əsasında başa vuracaq.
Qeyd edək ki, Malo Qüsto Fransa çempionatının cari mövsümünün 15 matçında iştirak edib və məhsuldar ötürmə edib.
0
0