“Çelsi”nin hədəfindəki “topçu”
04.10.2022 - 00:51

“Çelsi”nin transfer etmək istədiyi hücumçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, London klubu Qabriel Martinellini heyətinə qatmaq istəyir.
“Zadəganlar” “Arsenal”ın braziliyalı hücumçusu ilə yaxından maraqlıdır. Qabrielin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Əgər cənubi amerikalı yeni müqavilə imzalamasa, “topçular” 2023-cü ildə onu satmalı olacaq.
Qeyd edək ki, Martinelli cari mövsümün 9 oyununda 3 qola imza atıb.
0
0