“Çelsi”nin istədiyi müdafiəçilər
27.10.2022 - 18:40

“Çelsi” qış fasiləsində heyətini gücləndirəcək.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu, xüsusən də, müdafiənin sağ cinahındakı problemi aradan qaldırmaq niyyətindədir.
Bu mövqe üçün “zadəganlar”ın iki namizədi var. Bunlar “İnter”li Denzel Dumfris və “Bavariya”lı Benjamin Pavardır. London klubu dövrələrarası fasilədə iki oyunçudan birini transfer etməyə çalışacaq.
Qeyd edək ki, Pavarın “Bavariya” ilə müqaviləsi 2024, Dumfrisin isə “İnter”lə sözləşməsi 2025-ci ilin yayına qədərdir.
- Laporta: "Barselona" La Liqanın qalibi olacaq"
- Donnarumma PSJ ilə bağlı qərar verib
- Konfrans Liqası: "Trabzonspor" və "Başakşehir" səfərdə heç-heçə edib
- Rəşad Sadıqov: “Komanda və məşqçi olaraq, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik”
- Bakıda Dünya Kubokunda iştirak edəcək komandaların HEYƏTİ
0
0