Çempionlar Liqası matçı ləğv olundu
01.10.2024 - 19:54

Asiya Çempionlar Liqasının II turunun bir matçı ləğv edilib.
Apasport.az xəbər verir ki, "Traktor" (İran) - “Mohun Baqan” (Hindistan) görüşü baş tutmayacaq.
Buna səbəb qonaq komandanın Təbrizə gəlməkdən imtina etməsidir. Hindistan təmsilçisinə Asiya Futbol Konfederasiyası tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.
Qeyd edək ki, matç sabah baş tutmalı idi.
0
0