Çempionlar Liqasında yeni rekordçu
14.12.2023 - 13:27

Lamin Yamal Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi qitənin bir nömrəli klub turnirinin ən gənc assistent adını qazanıb.
Futbolçu "Antverpen"lə (2:3) matçda məhsuldar ötürmə edib. Beləliklə, 16 yaş 153 günlüyündə fərqlənən Yamal Çempionlar Liqası tarixinə ən gənc məhsuldar ötürmə müəllifi kimi düşüb.
Qeyd edək ki, bunadək rekord 2007-ci ildə 17 yaş 91 günlük olarkən assist edən digər “Barselona”lı Boyan Krkiçə məxsus idi.
0
0