Çempionun 2 transfer hazırlığı
16.07.2022 - 15:42

“Milan” transfer fəaliyyətini davam etdirir.
Apasport.az saytının məlumatına görə, İtaliya çempionu heyətini daha iki futbolçu ilə gücləndirməyi planlaşdırır.
Söhbət “Tottenhem”in müdafiəçisi Cafet Tanqanqa və PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldumdan gedir. “Rossonyerlər” Tanqanqanı icarəyə götürmək, Veynaldumu isə transfer etmək niyyətindədir.
Hər iki klubla danışıqlara başlanılıb.
0
0