Ceymsə əməliyyat təhlükəsi
16.12.2023 - 13:53

“Çelsi”nin futbolçusu Ris Ceyms əməliyyat olunmaq təhlükəsi ilə üzləşib.
Apasport.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Maurisio Poçettino açıqlayıb.
O bildirib ki, müdafiəçi əməliyyat oluna bilər. Risin durumuna yaxın günlərdə tam aydınlıq gələcək.
Müdafiəçi Premyer Liqanın XVI turunda zədələnib. O, “Everton”la görüşdə xəsarət alıb.
0
0