Çiluell “Çelsi”də qalacaq
11.04.2023 - 00:52

“Çelsi”nin futbolçusu Bencamin Çiluellin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi London klubunda qalacaq.
26 yaşlı futbolçu paytaxt təmsilçisi ilə yeni müqavilə imzalamağa razılıq verib. Yeni sözləşmə 4 illik olacaq. Çiluellin indiki sözləşməsi 2025-ci ilin yayında bitməlidir.
Qeyd edək ki, müdafiəçi “Mançester Siti”nin transfer siyahısında yer alıb.
0
0