DÇ-2022 öncəsi təhlükə
03.11.2022 - 17:21

“Çelsi”nin futbolçusu Ben Çiluell zədələnib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun baş məşqçisi Qrem Potter onun durumu barədə fikirlərini açıqlayıb.
O, Çempionlar Liqasının VI turunun Zaqreb “Dinamo”su ilə görüşündə (1:2) alınan zədəyə üzüldüyünü bildirib: “Onu müayinə etməliyik. Bizim üçün pozitiv olan gecədə belə zərbə almaq heç də yaxşı deyil. Çox üzgünəm. Düşünürəm ki, onun DÇ-2022-yə hazır olmamaq təhlükəsi var”.
Qeyd edək ki, “Çelsi” bu qələbə ilə qrupda birinci yeri tutub.
0
0