De Bruyne yeni klubu ilə razılığa gəlib
07.02.2025 - 13:47

Belçikalı futbolçu Kevin De Bruyne cari mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirmək qərarına gəlib.
Kevin Amerikanın "San Dieqo" klubu ilə müqavilə bağlamaq üçün ilkin razılığa gəlib.
Xatırladaq ki, belçikalı 2015-ci ilin avqustundan "şəhərlilər"də çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.
"Transfermarkt" ulduz futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
0
0