Deşam Fransa ilə 100-cü qələbəyə çatdı
18.06.2024 - 11:39

Fransa millisi Avropa çempionatında ilk oyununda Didye Deşamın komandası Avstriyanı avtoqol sayəsində minimal hesabla (1:0) məğlub edib.
Apasport.az xəbər verir ki, bu, Didye Deşamın Fransa millisinin baş məşqçisi kimi 100-cü qələbəsi olub. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə Deşam Fransa millisi ilə 154 oyun keçirib, 100 qələbə, 30 heç-heçə və 24 məğlubiyyət ilə yadda qalıb.
Deşamın yetirmələri 21 iyunda Avro-2024-ün qrup mərhələsinin ikinci turunda Hollandiya ilə qarşılaşacaqlar.
0
0