Di Mariya Messini geridə qoydu
28.11.2024 - 10:53

“Benfika” UEFA Çempionlar Liqasının V turunda “Monako”nu məğlub edib – 3:2.
Apasport.az xəbər verir ki, Portuqaliya təmsilçisində Anxel Di Mariya iki məhsuldar ötürmə edib. O, turnirdəki assist sayını 41-ə çatdırıb.
Argentinalı oyunçu bu göstəricidə həmyerlisi Lionel Messini qabaqlayıb. Messinin ÇL-də 40 məhsuldar ötürməsi var.
Bu göstəricidə lider isə 42 məhsuldar ötürmə ilə Kriştiano Ronaldodur.
0
0