Di Mariya üçün mundial təhlükəsi
12.10.2022 - 17:03

Argentina millisinin və “Yuventus”un futbolçusu Anxel di Mariya zədələnib.
Apasport.az saytının məlumatına görə, vinger Çempionlar Liqasının IV turunun “Makkabi” ilə görüşündə xəsarət alıb.
24-cü dəqiqədə sağ ayağını tutan cənubi amerikalı axsayaraq meydanı tərk edib. Onu Arkadiuş Milik əvəzləyib.
34 yaşlı argentinalı DÇ-2022-ni buraxmaq təhlükəsi ilə üzləşib. O, yığmadakı komanda yoldaşı Paulo Dibala kimi müalicəsinin gedişini gözləməli olacaq.
Qeyd edək ki, “Yuventus” Hayfa təmsilçisinə 0:2 hesabı ilə uduzub.
0
0