“Dortmund” “Çelsi”nin futbolçusunu transfer edib – rəsmi
04.02.2025 - 01:29

Almaniya Bundesliqası təmsilçilərindən “Borussiya Dortmund” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, “sarı-qaralar” “Çelsi”nin futbolçusu Karni Çukvuemekanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almanlar oyunçunu mövsümün sonuna kimi icarəyə götürüb.
“Dortmund” “zadənganlar”a 6 aylıq keçid üçün 2,4 milyon avro ödəməli olub.
Qeyd edək ki, 21 yaşlı ingiltərəli bu mövsüm “Çelsi”nin heyətində 5 oyunda iştirak edib.
0
0