Döyülən hakim meydanlara döndü
12.01.2024 - 13:42

Türkiyə Super Liqasının 15-ci həftəsində baş tutan "Ankaragücü" - "Rizespor" (1:1) matçından sonra paytaxt klubunun prezidenti Faruk Koca tərəfindən hücuma məruz qalan türkiyəli hakim Halil Umut Meler meydanlara geri dönür.
Apasport.az Türkiyə Futbol Federasiyasına istinadla xəbər verir ki, Meler Superliqanın 20-ci həftəsində keçiriləcək görüşə təyinat alıb.
O, 14 yanvar bazar günü oynanacaq "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək.
Qeyd edək ki, 37 yaşlı hakim yaşanan qalmaqaldan sonra karyerasını bitirəcəyini açıqlamışdı.
0
0