“Əl-Hilal”ın 40 milyonluq forvard transferi
20.08.2023 - 14:19

“Əl-Hilal” serbiyalı hücumçu Aleksandr Mitroviçin keçidini rəsmiləşdirib.
Apasport.az-ın məlumatına görə, “Fulhem” bu transferdən 40 milyon avro qazanıb.
Mitroviçlə 2026-cı ilədək müqavilə bağlanıb. 2018-ci ildən “Fulhem”də çıxış edən forvard komandanın Premyer Liqaya yüksəlməsində böyük rol oynayıb.
Qeyd edək ki, 2022/23 mövsümündə Mitroviç 28 oyunda 15 qol vurub.
0
0