
FİFA daha bir mükafata namizədlərin yekun siyahısını açıqlayıb.
Apasport.az xəbər verir ki, söhbət 2022-ci il dekabrın 19-dan 2023-cü il avqustun 20-dək olan müddət ərzində ən yaxşı kişi futbolçu adına namizədlərdən gedir.
Hazırda siyahıda 3 futbolçunun adı var ki, onlar da Erlinq Haaland (Mançester Siti), Kilian Mbappe (PSJ) və Lionel Messidir (Paris Sen-Jermen, İnter Mayami). Qalib bu gün Londonda keçiriləcək mərasimdə elan ediləcək.
Qeyd edək ki, ilkin olaraq ekspertlər heyəti tərəfindən seçilən 12 oyunçu mükafata namizəd olub. Final üçlüyü FİFA-nın rəsmi saytında səs verən milli komandaların məşqçiləri, milli komandaların kapitanları, futbol jurnalistləri və azarkeşlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən müəyyən edilib.