Ən zəngin bukmekerin adı açıqlandı
05.04.2023 - 12:26

Dünyanın ən zəngin bukmekerləri bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Forbes” nəşrinin tərtib etdiyi milyarderlər siyahısında mərc oyunları bazarının simaları da yer alıb.
Ümumilikdə dünyada 2640 şəxsin varidatı 1 milyard dolları keçib. Onlardan 25-i kazino və mərc oyunları bölməsində yer alıb.
Ən zəngin bukmeker “bet365”in şəriklərindən biri Deniz Koutsdur. O, 6,8 milyard dollarla dünya sıralamasında 352-cidir.
Onun qardaşı Con Koutsun 3,1 milyardı var. Sonuncunun bir ildəki qazancı 700 milyon artıb.
0
0