
“Everton” heyətini hollandiyalı futbolçu ilə gücləndirib.
Apasport.az-ın məlumatına görə, Arno Dancuma ilə 4 illik müqavilə imzalanıb.
“Vilyarreal”dan transfer olunun hücumçünun müqaviləsinin detalları barədə məlumat verilməyib. Dancuma “Everton”dan yanvarda gələn təklif aldığını bildirib: “Burada olduğum üçün çox xoşbəxtəm. Başqa klublardan da təklif var idi, amma “Everton” daha cəlbedici olduğu buranı seçdim. Bəzi səbəblərdən yanvarda komandaya qoşulmadım. O vaxt məşqçi ilə bağlı qeyri-müəyyənlik hökm sürürdü”.
Qeyd edək ki, Dancuma yeni klubunda 10 nömrəli formanı geyinəcək.