"Fənərbaxça" keçmiş futbolçusunu heyətinə qatdı
09.02.2024 - 16:46

"Fənərbaxça" keçmiş futbolçusunu yenidən heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
"Sarı-göylülər" Serdar Dursunu mövsüm sonunadək icarəyə götürüb.
2021-ci ilin iyulundan 2023-cü ilin avqustuna qədər sarı-göy rəngli forma geyinən 31 yaşlı futbolçu bu mövsümün əvvəlində "Karagümrük"ə transfer olunub. Təcrübəli futbolçu “Fənərbaxça” forması ilə 64 matçda 19 qol vurmağı bacarıb.
0
0