
Transfer çalışmalarını davam etdirən "Fənərbaxça" ilə bağlı yeni iddia ortaya atılıb.
Apasport.az Fransa mətbuatına istinadla xəbər verir ki, "sarı-lacivərdlilər" "Mançester Yunayted"də oynayan Kazemironun vəziyyətini izləyir.
İstanbul nəhəngi 32 yaşlı braziliyalını öz rənglərinə bağlamaq istəyir.
"Mançester Yunayted"lə 2026-cı ilə qədər müqaviləsi olan Kazemiro ötən mövsüm İngiltərə təmsilçisi ilə 32 oyun keçirib. Braziliyalı yarımmüdafiəçi bu matçlarda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
2025-2022-ci illərdə "Real Madrid"də forma geyinən ulduz İspaniya klubu ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub.
- Rəşad Sadıqov: "Çalışacağıq ki, "Qarabağ"a qarşı layiqli müqavimət göstərək"
- AL: "Qalatasaray"ın oyunçusu həftənin qolu mükafatına namizəddir
- Lunyov Rusiya və Azərbaycan çempionatlarını müqayisə edib
- Jezuşun komandası çempionluq yarışında xal itkisi ilə üzləşib
- Azərbaycan Basketbol Liqası start götürür