"Fənərbaxça" xal itirdi, lider dəyişdi
11.02.2024 - 23:34

Türkiyə Superliqasında XXV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha 4 görüş keçirilib.
Bu tura qədər lider olan "Fənərbaxça" öz meydanında "Alanyaspor"la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
Bu xal itkisindən sonra "Fənərbaxça" liderliyi əldən verib. Hazırda ilk pillədə olan "Qalatasaray"ın 66, "Fənərbaxça"nın isə 64 xalı var. "Beşiktaş" 39 xalla 3-cüdür.
0
0