“Fənərbaxça” yeni baş məşqçisini açıqladı
01.06.2022 - 12:18

“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu portuqaliyalı Jorje Jezuşla anlaşıb.
“Sarı-lacivərdlilər” 68 yaşlı çalışdırıcı ilə danışıqlara başlanıldığını açıqlasa da, tərəflər arasında artıq müqavilənin imzalandığı bildirilir. Jezuş yaxın müddətdə komandanın sükanı arxasına keçəcək.
Qeyd edək ki, Jorje Jezuşun son klubu “Benfika” olub.
0
0