“Fənərbaxça”da 17 yaşlı hücumçu
15.11.2023 - 19:51

“Fənərbaxça” heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klub rəhbərliyi məlumat verib.
“Gənclərbirliyi”nin U-17 komandasında çıxış edən futbolçu dörd Türkiyə nəhənginin hədəfində idi. “Beşiktaş”, “Qalatasaray” və “Trabzonspor”u qabaqlayan “Fənərbaxça” gənc istedadı heyətinə qatmağa nail olub.
Qeyd edək ki, cari mövsümdə cinah hücumçusunun aktivində 4 qol və 6 assist var.
0
0