“Fənərbaxça”da ciddi itki
06.12.2024 - 22:24

"Fənərbaxça" Türkiyə Super Liqasının 15-ci turunda "Beşiktaş"ın qonağı olacaq.
Apasport.az xəbər verir ki, derbiöncəsi "sarı-lacivərdlilər"in heyətində itki baş verib.
Belə ki, Mert Hakan Yandaş matçda komandasına kömək edə bilməyəcək. Zədəsi davam edən futbolçu "Fənərbaxça"nın son məşqinə də qatılmayıb.
Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" oyunu sabah saat 20:00-da start götürəcək.
0
0