“Fənərbaxça”da yeni futbolçu
10.01.2023 - 09:49

Türkiyənin “Fənərbaxça” klubu yeni futbolçu ilə güclənib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Adana Dəmirspor”dan Samet Akaydınla razılıq əldə edib.
28 yaşlı futbolçu yanvarın 12-də yeni klubu ilə müqaviləni rəsmiləşdirəcək.
Qeyd edək ki, “Adana Demirspor” Samet Akaydını 2021-ci ildə “Keçiörengücü” komandasından transfer edib. Türkiyə millisinə də dəvət alan futbolçu bu mövsüm 17 oyunda 2 qol vurub.
0
0