“Fənərbaxça”da yeni müqavilə
12.01.2025 - 16:55

“Fənərbaxça” futbolçusu İrfan Can Kahveci ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm 22 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
0
0