
"Fənərbaxça" "Milan"ın yarımmüdafiəçisi Rade Kruniçi heyətinə qatmaq üçün səylərini davam etdirir.
Apasport.az İtaliya mətbuatına istinadla xəbər verir ki, "sarı-göylər"in idman direktoru Mario Brankonun Rade Kruniçin transferi üçün Milanda olduğu iddia edilib.
"Fənərbaxça"nın Kruniç üçün "Milan"a 4 milyon avro transfer haqqı və bonuslar təklif etdiyi bildirilib. Lakin bu, İtaliya komandasını razı salmaq üçün kifayət etməyə bilər.
Qeyd edək ki, İstanbul nəhəngi ötən yay 8 milyon avroya futbolçunu transfer etmək istəsə də, "Milan"ın çalışdırıcısı Pioli futbolçunun satılmasına qarşı çıxıb.