“Fənərbaxçanın” futbolçuları Avropanın zirvəsində
21.09.2023 - 12:42

“Fənərbaxça”nın “qocaları” Avropa futbolunun zirvəsində yer alırlar.
Apasport.az saytı xəbər verir ki, “köhnə qitə”nin aparıcı 15 liqasında forma geyinən veteran futbolçularının statistikası açıqlanıb.
“Sarı-lacivərdli” komandanın futbolçularından Edin Dzeko 36, Duşan Tadiç isə 34 yaşlı həmkarları arasında ən yaxşı assistentlərdir. Statistikaya əsasən, bosniyalı Dzeko 8 matçda 11, serb oyunçu Tadiç isə 10 görüşdə 6 qolun ötürməsini veriblər.
Qeyd edək ki, hər iki futbolçu yay transfer pəncərəsində “Fənərbaxça”ya qoşulub.
0
0